plastik-estetik cerrahiye-rinoplastika
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Burun əməliyyatı haqqında.

Aşağa gitmek

Burun əməliyyatı haqqında. Empty Burun əməliyyatı haqqında.

Mesaj  Admin C.tesi Ağus. 18, 2012 12:19 pm

Burun üzün tam ortasında olan və ən çox diqqəti çəkən orqanlarımızdan biridir. Bir adamın üzünə baxıldığında görülməsi istənilən prioritetli olaraq göz və göz ətrafıdır. Onu daha sonra dodaqlar, ağız və üzün ümumi xəttləri izləməlidir.Əgər adamın üzünə baxdığmızda gözümüzə ilk çarpan üz xəttləri ilə uyumsuz daha böyük ya da daha kiçik bir burun isə o zaman gözəllik mövzusunda beynimiz bizə siqnallar göndərməyə başlayacaq. Bu qarşıdakı insanın gözəllik mövzusunda istənilən normalarda olmadığının bir göstəricisidir.Burun bir tərəfdən də bədənimizdəki ən əhəmiyyətli duyğu orqanlarından biridir. Işləyişi və funksional xüsusiyyətləri baxımında həyati bir orqanımızdır. Həm nəfəs almamızı həm də qoxu bilməmizi təmin etməkdədir.
Estetik mənasında gözə xoş gəlməyən və üz xəttləri ilə uyğun olmayan bir burun sahibi olan adamda özünə olan güvən baximindan qayğılar meydana gəlməyə başlayır .. İkili əlaqələrin zəiflədiyi belə vəziyyətlərdə insan hər zaman qarşıdakı adamın onun burnuna baxdığını və ona gözəl görünmədiyini düşünür. Sosyal ətrafdan uzaqlaşır bu da adamda psixoloji olaraq problemlər yaradır.
Burun estetiyi əməliyyatları ölkəmizdə ən sıx edilən cərrahi əməliyyatlardan biridir .. Həm kişilər həm də qadınlar tərəfindən istənilən bir əməliyyatdır. Olduqca gözəl nəticələr verən bir əməliyyatdır.Burun estetiyi əməliyyatlarında burun böyütmə, burun kiçiltmə, burun ucu düzəltmə, burun kürəyi bölgəsindəki qövslər düzəldilməsi, burundakı sümük əyriliyinin düzəldilməsi, burun dəliklərinin daraldılması, nəfəs alıb vermə problemlərinin aradan qaldırılması və s. tətbiq edilir.
Burun estetiyi əməliyyatları sonrasında burnunuzun üz xəttləri ilə mütənasib mövqeyə gətirilməsi, əyriliyin düzəldilməsi, rahat nəfəs alıb verə bilmə problemlərinin aradan qaldırılması ilə özünüzü çox daha sağlam və gözəl hiss edəcəksiniz. Psixoloji vəziyyətiniz yaxşılaşacaqdır.
Admin
Admin
Admin

Mesaj Sayısı : 14
Kayıt tarihi : 18/08/12

https://rinoplastika.azerbaijaniforum.com

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz